Ölkə 20:47 07.09.2018

Bu ölkənin səfiri Azərbaycanı tərk edir

Əfqanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Tağı Xəlilinin diplomatik missiyası başa çatır.

Qaynarinfo-nun məlumatına görə, bu barədə diplomatın özü ölkəsinin müstəqilliyinin 99-cı ildönümü ilə bağlı Bakıda keçirilən rəsmi qəbulda məlumat verib.

O, Azərbaycanı oktyabr ayında tərk edəcəyini bildirib. 

Qeyd edək ki, Məhəmməd Tağı Xəlili Əfqanıstanın Azərbaycanda səfiri vəzifəsində üç il çalışıb.