Dünya 12:23 06.06.2020

Bu məğlubiyyət Türkiyənin Rusiya üzərində qələbəsi deməkdir (ŞƏRH)

"Liviya Mərkəzi Hökümətinin qələbəsi faktiki olaraq Türkiyənin Liviyada Rusiya üzərində qələbəsi deməkdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Liviyada qiyamçı Hafterin hökumət qüvvələrinin məğlubiyyətindən danışarkən deyib. 
Onun fikrincə, bu, Türkiyənin Rusiya üzərində qələbəsi deməkdir:

"Faktiki olaraq Liviyanın Mərkəzi höküməti Hafter üzərində qələbə çaldı. Və bu, Türkiyənin də qələbəsi sayıla bilər. Vaxtıyla Rusiya Türkiyəni Suriyada sıxışdırmağa çalışıb, sonra əməkdaşlığa baş vurdu. Rusiya Bəşər Əsədə dəstək verməklə qələbəsini belə təmin etmiş oldu ki, guya terrorcuları və sılahlı müxalifətciləri sıxışdırdı. Amma Liviyada Rusiya faktiki məğlub oldu. Rusiya Liviyada qeyri-rəsmi şəkildə Hafter qüvvələrinə dəstək verdi. Amma Türkiyə Mərkəzi Hökümətə dəstək verməklə Hafteri məğlub etdi. Liviya Mərkəzi Hökümətinin qələbəsi Türkiyənin Liviyada Rusiya üzərində qələbəsi deməkdir”.

Bahar Rüstəmli