Xəbər lenti

Bu müəllimlərin maaşı artdı
Ekonomiks 17:15 27.03.2018

Bu müəllimlərin maaşı artdı

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin və gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin yeni aylıq vəzifə maaşları təsdiqlənib.

Qaynarinfo xəbər verir ki, Nazirlər Kabineti Azərbaycan prezidenti İlham Əliyevin 28 fevral 2018-ci il tarixli sərəncamının icrası məqsədi ilə belə bir qərar qəbul edib.

Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb. Nazirlər Kabineti bununla bağlı "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında müvafiq dəyişiklik edib.

Beləliklə, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan  və pedaqoji staj 3 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 350 manatdan 385 manata, pedaqoji staj 3 ildən 8 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 375 manatdan 413 manata, pedaqoji staj 8 ildən 13 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 395 manatdan 435 manata, pedaqoji staj 13 ildən 18 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 420 manatdan 462 manata, pedaqoji staj 18 ildən çox olan ali təhsilli müəllimlərin maaşı 450 manatdan 495 manata qaldırılıb.
Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan  və pedaqoji staj 3 ilə qədər olan orta ixtisas təhsilli müəllimlərin maaşı 320 manatdan 352 manata, pedaqoji staj 3 ildən 8 ilə qədər olan orta ixtisas təhsilli müəllimlərin maaşı 335 manatdan 369 manata, pedaqoji staj 8 ildən 13 ilə qədər olan orta ixtisas təhsilli müəllimlərin maaşı 350 manatdan 385 manata, pedaqoji staj 13 ildən 18 ilə qədər olan orta ixtisas təhsilli müəllimlərin maaşı 370 manatdan 407 manata, pedaqoji staj 18 ildən çox olan orta ixtisas təhsilli müəllimlərin maaşı 385 manatdan 424  manata qaldırılıb.

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan və xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər olan gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşı 230 manatdan 253 manata, xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox və orta ixtisas təhsilli, pedaqoji stajı 5 ilə qədər olan gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşı 240 manatdan 264 manata,  orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək və orta hərbi təhsilli və ya ali təhsilli, pedaqoji stajı hər iki halda 5 ilə qədər olan gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşı 250 manatdan 275 manata, ali təhsilli, pedaqoji stajı 5 ildən çox, orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox, orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən artıq olan və ali hərbi təhsilli (pedaqoji staja tələb qoyulmadan) gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşı 265 manatdan 292 manata qaldırılıb.

Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->