Çinin Xsiyamen şəhərində yaşayan qadın yalnız qadınların səsini eşidə bilir.

Qaynarinfo Daily Mail-ə istinadən xəbər verir ki, yalnız soyadı açıqlanan xanım Çen gecə ürəkbulantısı və qulağında cingilti şikayəti ilə yatıb, səhər oyananda sevgilisinin səsini eşidə bilməyib. Dərhal qulaq-burun-boğaz həkiminə müraciət edən qadının yalnız həmcinslərinin səsini eşitdiyi müəyyənləşib. Xanım Çenin həkimi Lin Xsiyaçiinq bildirir ki, xəstə sadəcə yüksək tezliyə sahib səsləri eşidə bilir. Nadir rast gəlinən bu vəziyyətin səbəbi kimi yuxusuzluq, stress göstərilir və xəstənin tezliklə sağalacağı güman edilir. 

13 mində bir dəfə rast gəlinən bu vəziyyət müəyyən genetik xüsusiyyətə sahib insanlarda, çox zəif səsləri eşitməyən şəxslərdə müşahidə edilir. 

Gülşən