Ölkə 23:35 04.07.2015

Bu qanun hamını şoka saldı

Norveçdə 7 yaşına çatmış uşaqlar bundan sonra cinsi mənsubiyyətini dəyişə bilərlər. Ölkə parlamentində qəbul edilmiş qanun buna icazə verir.

Milli.az The Local-a istinadən bildirir ki, beləcə, Norveç transeksuallara cinslərini dəyişməyə icazə verildiyi yaş limitinin ən aşağı ölkəyə dönüb.

Qanun qəbul ediləndən sonra Norveçin səhiyyə naziri Bent Höye ölkəsi ilə fəxr etdiyini deyib: "7-16 yaş arasında olan uşaqlar cinsi mənsubiyyətlərini dəyişməzdən əvvəl valideynləri ilə məsləhətləşməlidir. Lakin bundan sonra onlar tibbi və ya psixiatrik müayinə olmadan qərar qəbul edərlər. Qərarı onlar verirlər. Valideynlərin razılığına ehtiyac yoxdur".

Avropa Birliyi üzvü olan ölkələrdə belə, norveçli parlamentarların qərarı şok effekti yaradıb.

Qaynar.info