Sağlamlıq 13:30 14.01.2019

Bu qidaları səhər qəbul edin (FOTOLAR)

Səhər yeməyi qidalanmanın ən vacib hissəsi hesab edilir.

Qaynarinfo xəbər verir ki, səhər qidasını düzgün seçmək də çox vacibdir. Düzgün seçilən qidalarla maddələr mübadiləsini sürətləndirə, çəkimizi qoruya və arıqlaya bilərik:

1. Səhər saatlarında yeyilən yumurta bizi tox saxlayaraq gün ərzində daha az qidaya ehtiyac duymağımıza səbəb olur.


2. Tərkibi kofein və antioksidantlarla zəngin olan kofe maddələr mübadiləsini sürətləndirir, orqanizmimizi güclü edir.


3. Südlə hazırlanmış yulaf əzməsi insanı tox tutur, enerji verir. Yulaf həmçinin zülal və antioksidant mənbəyidir.


4. Səhər saatlarında qəbul edilən az miqdarda qatıq həzm prosesini asanlaşdırır.


5. Kofein və antioksidantlarla zəngin olan yaşıl çay maddələr mübadiləsini sürətləndirir, immuniteti gücləndirir, qandakı xolesterol və şəkər miqdarını tənzimləyir.


6. Zülal, kalsiumla zəngin olan kəsmiyin istehlakı xüsusilə səhər saatlarında məsləhət görülür.


Gülşən