Foto 11:05 06.03.2019

Bu qızla evlənən oğlan 533 min manat qazanacaq (FOTO)

Taylandlı biznesmen Arnon Rodthonq qızı ilə evlənəcək şəxsi tapmaq üçün yarış təşkil edəcək və qalibə 10 milyon Baht (314 min dollar//533 min manat) pul verəcək.

Qaynarinfo xəbər verir ki, durian meyvəsinin satışı ilə məşğul olan 58 yaşlı biznesmen bu barədə sosial media hesabında məlumat paylaşıb. Elandan sonra yüzlərlə şəxs 26 yaşlı Karnsita Rodthonq ilə evlənmək üçün yarışa müraciət edib. 

Karnsita atasının bu addımına münasibət bildirərək ailə qurmağı fikirləşdiyini deyib, həmçinin tələblərinin çox yüksək olmadığını, şəkil çəkdirə biləcəyi həyat yoldaşı axtardığını vurğulayıb.

Gülşən