Ölkə 10:07 08.07.2020

Bu rəqəm açıqlansa, gərək onların hər birinə müavinət ödənilə... - Ekspert

"Azərbaycanda 3 milyon işsiz var".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, bu, əmək qabiliyyətli insanların hardasa 50%-i deməkdir:

"İşsizliklə bağlı statistikanın açıqlanmamasının səbəbi bu gün Azərbaycanda kifayət qədər işsizin olmasıdır. Bizim apardığımız hesablamalara görə, Azərbaycanda 3 milyon işsiz var. Bu, əmək qabiliyyətli insanların 50% deməkdir. Statistik rəqəmlərə görə, işsizlərin sayı 4,7% və 5%-ə qədərdir. Bazar iqtisadiyyatı olan ölkələrdə bu, çox yaxşı göstəricidir. Əslində nə çox, nə də azdır. Bütün Avropa ölkələrində, Amerikada da təxminən bu qədərdir".

Vahid Məhərrəmov qeyd edib ki, işsizlərin sayının çox olması ilə bağlı mətbuatda xeyli məlumat yayılıb:

"İşsizlərin sayı hamıya məlumdur, ancaq bunu açıqlamırlar. Əgər bu rəqəm açıqlansa, gərək onların hər birinə müavinət ödənilə".

Bahar Rüstəmli