Dünya 14:33 24.11.2017

Bu müğənni 30 ildir özünə ilan zəhəri inyeksiya edir

İngiltərədə yaşayan Stiv Ludvin adlı müğənni 30 ildir özünə ilan zəhəri inyeksiya etdiyini deyir.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Ludvin son 14-15 ildə qrip olmadığını, soyuqlamadığını vurğulayır. 51 yaşlı Ludvin bu addımına səbəb kimi zəhərin faydalarını göstərir. O bildirir ki, ilan zəhəri immuniteti gücləndirir, xəstəliklərdən qoruyur. Zəhəri qəbul edəndən sonra 6 saat ərzində özünü çox enerjili hiss etdiyini deyən Stiv bu üsulla qocalmanın qarşısını almağın mümkünlüyündən danışır.

Qeyd edək ki, Ludvin zəhər inyeksiyası ilə bir neçə dəfə zəhərlənib, hətta qolunu itirmək təhlükəsi ilə üzləşib, lakin bu addımından əl çəkmir. 

Tibb mütəxəssisləri ölümcül hesab edilən ilah zəhərini həzm edə bilən Ludvinin bədəni və qanı üzərində araşdırmalar aparırlar. Prosesin sonunda ucuz və sağlam pan-zəhər istehsalına ümid edilir.

Gülşən