Bu şəxslər Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçilmək istəyir (SİYAHI)

Bu şəxslər Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçilmək istəyir (SİYAHI)

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyasının iclası keçirlib. Seçki Komissiyası tərəfindən müsabiqə zamanı təqdim olunan sənədlər qiymətləndirilib və siyahıda adları olan namizədlərin müraciətləri müəyyən edilmiş qaydalara uyğun olaraq qeydə alınıb.

Mədəniyyət Nazirliyindən verilən məlumatda qeyd olunur ki, nazirlik yanında İctimai Şuraya seçkilərin 13 iyul 2021-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində səhər saat 11:00-dan 16:00-dək keçirilməsi qərara alınıb. Nəzərinizə çatdırırıq ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şura üzvlərinin sayı 9 nəfər müəyyən edilib.

Qeyd edək ki, İctimai Şuraya səsvermə prosesində iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutları təmsilçilərinin qeydiyyatı seçki gününə on gün qalanadək (02.07.2021 saat 18:00-dək)  davam edəcək.  

Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya namizədlərlə bağlı sənəd qəbulu prosesinin birinci mərhələsi ötən ilin 21 sentyabr-20 oktyabr tarixlərində həyata keçirilib. Belə ki, 27 sentyabrdan 10 noyabradək davam edən Vətən müharibəsi müddətində yaranmış vəziyyətə görə şuraya üzv olmaq istəyən və məlum səbəblərdən namizədliyini təqdim edə bilməyənlər üçün də müvafiq şəraitin yaradılması zərurəti yaranıb. Bu məqsədlə nazirlik tərəfindən cari ilin 22 aprel-26 may tarixlərində yenidən sənəd qəbulu elan olunub. Qeyd edək ki, əvvəlki mərhələdə müsabiqəyə təqdim olunan və qeydiyyata alınan müraciətlər qüvvədə qalıb.

Namizədlərin siyahısını təqdim edirik:

Məmmədov Fuad Teyyubb oğlu – "Simurq" Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti

Paşayev İlqar Əli Abas oğlu – şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi

İsmayılov Faiq İslam oğlu – Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyinin sədri

Vəliyev Seymur Namazəli oğlu – Teatr Xadimləri, Kinematoqrafçılar, Reklamçılar ittifaqlarının, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının üzvü

Əliyev Elçin Tofiq oğlu – Azərbaycan Memarlar İttifaqı, Sədr müavini

Gülməmmədli Rafail Rasim oğlu – Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin Baş Direktoru

Yolçuyev Əkbər Mehdi oğlu – Dünya gənc türk yazarlar birliyinin Məsləhət Şurasının başqanı Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti

Zeyni Rauf Xurşud oğlu – Azərbaycan Milli Qeyri–Hökumət Təşkilatları Forumunun prezidenti

Bağırov Saleh Eldar oğlu – İrs – Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi İctimai Birliyinin sədri

Qafarov Vidadi Ramiz oğlu – AMEA Memarlıq və İncəsənət İnstitutu Teatr, kino və televiziya şöbəsinin müdiri

Mir–Qasım Oktay Mir–Əsədulla oğlu – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi

Verdiyeva Bəyimxanov İsfəndiyar qızı – Xan Şuşinski Fondunun prezidenti

Məmmədov Nəriman Kamileviç – Nərimanfilm MMC–nin baş direktoru

Qəribov Tələt Yusif oğlu – Sağlam Yaşa Gənclərin maarifləndirilməsi İctimai Birliyinin sədr müavini

Əli–zadə Tofiq Məhərrəm oğlu – Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək İctimai Birliyinin sədri

Xəlilov Aslan Əkbər oğlu – "Sənətşunaslığın Təbliği” İctimai Birliyinin sədr müavini

Zeynalov Aydın İsa oğlu – "Milli Dəyərlərin qorunmasına ziyalıların dəstəyi” İctimai Birliyinin sədri

Əbilov Aydın Əhməd oğlu – "Yeni Yazarlar və Sənətçilər” İctimai Birliyinin sədri

Rəhimli Davud Səid oğlu – "Əlil Təşkilatları İttifaqı”nın prezidenti

Çobanzadə Elçin Əlişah oğlu – "Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası” İctimai Birliyinin sədri

Talışinski Elvin Bəhruz oğlu – "Elin səsi” Milli–Mənəvi Dəyərlərimizin Qoruması İctimai Birliyinin sədri

Hacıyeva Fatimə Siyavuş qızı – "Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin üzvü

Əlibəyov Gəray Ayaz oğlu – "Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri

Tağıyev Hasil Feyruz oğlu – "Qayıdış” İctimai Birliyinin sədri

İbrahimov Hüseyn Qasım oğlu – "Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi” İctimai Birliyinin sədri

Məmmədova Xəyalə Akif qızı – "Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri

Hüseynov Müzəffər Maqsud oğlu – "Yüksəliş” Sosial İnkişafa Kömək İctimai Birliyinin sədr müavini

Qədirov Şahin Kərim oğlu – "Zirvə” mədəniyyət və incəsənət İctimai Birliyinin sədri

Mustafayeva Samirə Vəli qızı – "Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri

Muxtarova Könül Muxtar qızı – "Milli Dəyərlərin Qorunması İctimai” Birliyinin sədri

Cəfərova Səriyyə Müslüm qızı – "Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri

Xudiyev Tahir Bərxudar oğlu – "Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri

Qədirov Vuqar Kərim oğlu – "Aydınlar ocağı” humanitar İctimai Birliyinin sədri

Səfərova Zəminə Yediyar qızı – Beynəlxalq Avroasiya Mətbuat Fondunun üzvü

Mansurova Zərəngiz Dəmirçi qızı – Jurnalist Qadınlar Assosiasiyası İctimai Birliyinin üzvü

Abdulov Fərhad Oktay oğlu – Uşaq və yeniyetmələrə Dəstək İctimai Birliyinin sədri

İsgəndərova Aygün Oqtay qızı – Abşeron Gənclərin İnkişafı İctimai Birliyinin icraçı direktoru

Mehtiyeva Rahilə İbrahim qızı– Sosial iqtisadi Ekoloji inkişaf İctimai Birliyinin sədri

Məmmədov Əliheydər Adil oğlu– Heyvanların Mühafizəsi İctimai Birliyinin üzvü

Əhmədova Afaq Firudin qızı – "Horizont” MMC–nin rəhbəri

Muradova Əntiqə Mustafa qızı – "Yoxsulluğun Azaldılması, Əlillərə və Kimsəsizlərə Kömək” İctimai Birliyinin sədri

Şahsuvarova Aygün Qulam qızı – "Vəfa” sosial problemlərin həllinə dəstək” İctimai Birliyinin üzvü

Hüseynova Ayşən Fəxrəddin qızı – "Soyqırım Həqiqətlərinin tanıdılması” İctimai Birliyinin sədr müavini

Nəsibova Bəsti Mahmud qızı – "Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri

Abdulova Cəmilə Çingiz qızı – Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri

Əsgərov Fuad Fuzuli oğlu – "Qan Donurları Assosiasiyası” İctimai Birliyinin sədri

Muradlı Kəmalə Ağalar qızı – "Müasir Azərbaycan Qadını” İctimai Birliyinin sədri

Muradlı Musa Heydər oğlu – "Ekoloji İnformasiya” İctimai Birliyinin sədri

ƏIiyev Şəmsəddin Mənsur oğlu – "Polisə Dəstək” İctimai Birliyinin sədri

Quliyev Vidadi Mehdixan oğlu – "Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyinin sədri

Yusubova Qəmzə Xanlar qızı – Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri /Modern.az
X
XƏBƏRLƏR
BLOGLAR