Ekonomiks 23:12 19.03.2019

Bu şəxslərin maaşı 557 manat olub

Yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 557,2 manat təşkil edib.

Qaynarinfo Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,  əməkhaqqı neft sektorunda 2995,8 manat, qeyri-neft sektorunda 499,9 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 443,1 manat, özəl müəssisələrdə isə 707,1 manatdır.