Ölkə 09:55 29.03.2018

Bu şəxslərin maaşları artırılıb

Nazirlər Kabineti "Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə" qərarında dəyişiklik edib.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, Prezident İlham Əliyevin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 3 mart 2018-ci il tarixli sərəncamına əsasən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları artırılıb.

Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.