Texnologiya 13:50 09.09.2020

Bu smartfonlarda Android 11 yenilənməsi etmək olacaq

Amerikanın Google şirkəti yeni Android 11 əməliyyat sistemini təqdim edib. 

Qaynarinfo xəbər verir ki, yeni versiya yalnız Pixel, OnePlus, Xiaomi, Oppo və Realme telefonlarında yüklənə biləcək. Lakin çox keçmədən bütün istifadəçilər sistemi Android 11-ə yeniləyə biləcəklər.

Şirkət ani mesajlaşmalardan gələn bütün söhbətlərin ayrı bir hissəyə yerləşdirildiyini izah edib. Yeniləmə mesajların bildirişlər arasında gəlməməsini təmin etmək məqsədi daşıyır. Qulaqlıq və səsgücləndirici arasında keçid də sadələşdirilib. Ağıllı cihazları bir hissədən idarə oluna biləcək. Android 11 kameraya, mikrofona və ya yerləşmə yerinə birdəfəlik izn imkanı verir.

Bundan əvvəl, ABŞ-ın başqa bir şirkəti Apple "Fortnite”i yaratmış oyun yaradıcısı "Epic Games”i "App Store”dan çıxarmışdı.

Alpər