Ekonomiks 10:39 13.04.2018

Bu taksi şirkəti bağlandı

Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərindən biri fəaliyyətini dayandırıb.

Qaynarinfo "Vergilər" qəzetinə istinadən xəbər verir ki, "Ucuz Taksi” MMC fəaliyyətini dayandırdığını elan edib.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Ə.Ağayev küçəsi ev 39, mənzil 13 ünvanına bildirə bilərlər.