Xəbər lenti

Bu türk dövlətinin vətəndaşı olmaq üçün təkcə rus dilini bilməlisən...
Dünya 12:24 27.11.2020

Bu türk dövlətinin vətəndaşı olmaq üçün təkcə rus dilini bilməlisən...

Konstitusiya iclasında rus dilinin Qırğızıstandakı rəsmi statusdan məhrum edilməsi təklifi rədd edilib.

Qaynarinfo xəbər verir ki, bu haqda "Sputnik Qırğızıstan”ın məlumatında deyilir.

"Rus dili rəsmi dil olaraq qalacaq. Müvafiq normanın ləğv edilməsiylə bağlı məsələ qaldırıldı, amma biz onu kənara qoyduq”, Konstitusiya Məhkəməsinin üzvü Urmat Amanəliyev mətbuat konfransında deyib.

İctimai xadim Sadirdin Toraliev bu ərəfədə qırğızların daha çox hörmət qazanmaq üçün ingilis dilini bilmələrinin lazım olduğunu, rus dilinə isə "zəncirlənmiş it kimi bağlı qaldıqlarını" deyib. Toraliev dövlət dili olaraq yalnız qırğız dilini saxlamağı, qalanlarıyla bağlı isə qanunların imkan verdiyi çərçivədə rəftar olunmasını təklif edib.

Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin müavini Viktor Vodolatski artıq bu təklifi təxribat adlandırıb.

Maraqlıdır ki, hazırda Qırğızıstan vətəndaşlığını almaq üçün bir əcnəbinin qırğız dilini bilməsinə ehtiyac yoxdur - rus dilini bilmək kifayətdir.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->