Ölkə 16:54 27.12.2017

Bu universitetə yeni prorektor təyin edildi

Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) yeni prorektor təyin edilib.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin müvafiq əmri ilə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanov ADPU-un Tədris işləri üzrə prorektoru təyin edilib.

E.Aslanov bundan əvvəl Turizm və Menecment Universitetinin prorektoru olub.