Dünya 10:20 01.04.2018

Bu iş elanına 28 milyon nəfər müraciət etdi

Dünyanın ən böyük iş verən şirkətləri siyahısında 7-ci sırada qərarlaşan Hindistan Dəmir Yollarının 90 min nəfərlik vakansiya elanına 28 milyon insan müraciət edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən elan "Dünyanın ən çox müraciət edilən vakansiyası" olaraq tarixə keçib. Hindistan Dəmir Yollarının qarşıdakı aylarda daha 20 min nəfərin işə qəbulu üzrə vakansiya elan edəcəyi gözlənilir.

Hazırda 1,4 milyon işçisi olan Hindistan Dəmir Yolları şirkətinin yenilənməsi üçün 130 milyard dollar vəsait ayrılması nəzərdə tutulduğu, elan olunmuş vakansiya üzrə müraciət edənlərin seçim prosesinin aprel-may aylarında reallaşdırılacağı və seçilən şəxslərin imtahan ediləcəyi bildirilib.

Dəmir Yolları şirkətinin bu addımının ictimaiyyət tərəfindən müsbət qarşılanması gözlənilsə də, müxaliflər baş nazir Narendra Modinin önümüzdəki il keçiriləcək seçkilərdən öncə dünyanın ən böyük işə qəbul prosesini gerçəkləşdirməsini tənqid edirlər.