Sağlamlıq 21:14 07.03.2020

Bu viruslar xərçəngə səbəb ola bilər

Mütəxəssislər, hansı virusların bədəndəki xərçəng hüceyrələrinin böyüməsini təhrik etdiyini açıqlayıblar.

Qaynarinfo e-tibb.az-a istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, xərçəngin əmələ gəlməsinin  təxminən 15% -i infeksiyaların payına düşür. Alman alimləri bununla bağlı araşdırma apararaq hansı patogenlərin xərcəngə səbəb olduğunu müəyyən ediblər.
Onkoloq Mark Zapatka, papilloma virusunun uşaqlıq boynunun xərçəngi və boğaz  şişinin meydana gəlməsinə təhrik etdiyini söyləyib. Epştein-Barr virusu isə mədə və burun-udlaq şişlərinə, habelə limfada bədxassəli törəmə yarada bilər.
Hepatit B virusu olanlarda bir sıra hallarda daha sonra qaraciyər xərçənginin yarandığı da məlumdur. Retrovirus isə böyrək xərçənginin inkişafı ilə əlaqələndirilir.