Sağlamlıq 21:50 01.07.2019

Bu xəstələrin xərçəngə tutulma riski daha yüksəkdir

Norveç alimlərinin 65 il davam edən araşdırması nəticəsində məlum olub ki, dağınıq skleroz xəstələrində onkologiyanın inkişaf riski daha yüksəkdir.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, tənəffüs, sidik ifrazat yolları və mərkəzi əsəb sistemi xüsusilə təhlükə altındadır.

Dağınıq skleroz xəstəliyinə tutulmayanlarla müqayisədə bu pasiyentlərdə tənəffüs orqanları xərçənginin inkişaf riski 66 faiz, mərkəzi əsəb sistemi xərçənginin inkişaf riski 52 faiz, sidik ifrazat yolları xərçənginin inkişaf riski isə 51 faiz daha yüksəkdir.

Ümumiyyətlə, dağınıq skleroz xəstələrində onkologiyanın inkişaf riski 14 faiz artır. Tədqiqat 40 mindən çox insanın məlumatları əsasında aparılıb.