Ölkə 10:27 29.01.2019

Bu yollarda sürət həddi endirildi

Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə bağlı bir neçə prospektdə sürət həddini aşağı endirib.

Qaynarinfo-ya daxil olan məlumata görə, hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir.