Ekonomiks 18:31 12.06.2018

Büdcə dəyişir: bu dövlət qurumuna 81 milyon manat ayrılacaq

2018-ci ilin dövlət büdcəsindən "Azerenerji” ASC-yə 81,4 mln. manat vəsait ödəniləcək. 

Qaynarinfo xəbər verir ki, bu, "2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb. 

Layihəyə əsasən, "Səngəçal” modul tipli elektrik stansiyasının yaxınlığındakı sahədə tikintisi nəzərdə tutulan 385 kilovatlıq istilik elektrik stansiyası üçün avadanlıqların satınalınmasının həyata keçirilməsi və bununla bağlı texniki dəstəyin göstərilməsi ilə əlaqədar imzalanmış müqavilələr üzrə Finlandiyanın "Wartsila” şirkəti qarşısında yaranmış öhdəliyə görə qalıq borcun ödənilməsi ilə əlaqədar "Azerenerji” ASC-nin nizamnamə kapitalının artırılması üçün 81,4 mln. manat vəsait yönəldiləcək.