Dünya 13:14 23.01.2020

Buna gedilərsə, SSRİ dağılmaya bilərmiş... Jirinovski açıqladı

Hakim Sov.İKP-nin iki ayrı partiyaya bölünməsi qərara alınsaydı, Sovet İttifaqı dağılmazdı. 

Qaynarinfo xəbər verir ki, bu sözləri LDPR lideri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski Telegram-da bildirib. 

"SSRİ-ni təkpartiyalı rejim məhv etdi", - siyasətçi deyib.

Jirinovski qeyd edib ki, Sov.İKP mühafizəkar və sosial demokratik partiyalara bölünməliydi. Aralarında rəqabət başlayacaq və bu, SSRİ-ni xilas edəcəkdi. 

Bundan əvvəl Jirinovski Rusiya xalqının Konstitusiyada dövlət yaradan rolunu təyin etməyin zəruriliyini bildirib. Suverenliyin mənbəyi "Rusiya Federasiyasının çoxmillətli xalqı" deyil, rus və digər xalqlardır, - deyə millət vəkili vurğulayıb.