Siyasət 19:56 10.12.2020

Bundan sonra Türkiyəyə yalnız şəxsiyyət vəsiqəsi ilə gedəcəyik

Azərbaycan və Türkiyə vətəndaşları bundan sonra viza sənədi və xarici pasport olmadan hər iki ölkəyə səyahət edə biləcəklər.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramovla Mövlud Çavuşoğlu 

protokol imzalayıb.

Yaxın zamanda ölkələr arasında gediş-gəliş yalnız şəxsiyyət vəsiqəsi ilə mümkün olacaq.