Foto 10:43 27.10.2017

Burak Özçivit Bakıya gəlir (FOTO/VİDEO)

Tanınmış türkiyəli aktyor Burak Özçivit Bakıya gəlir.
 
"Qaynarinfo" qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Park Cinema”nın "facebook” səhifəsində məlumat verilib. 

Bildirilib ki, kino ulduzu rol aldığı "Kardeşim benim 2” filminin Bakıdakı premyerasına qatılacaq. Qala gecəsi 30 noyabr tarixində baş tutacaq. 

Kino mərkəzinin mətbuat xidməti isə filmin qəhrəmanlarından yalnız B. Özçivitin Bakıya gəlişini təsdiqləyib.

Digər ulduzların qala gecəsində iştirak etməsi barədə bazar ertəsi günü məlumat veriləcək. 
 

Qaynarinfo.Az