Dünya 09:46 19.01.2019

Burkina Fasoda hökumət istefa verdi

Burkina Fasonun baş naziri Paul Kaba Sieba və kabineti istefaya gedib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazir sosial şəbəkə hesabında açıqlama verib. O, prezident Roç Mark Kristian Kaboreyə istefasını təqdim etdiyini və onun da bu istefanı qəbul etdiyini qeyd edib.

Onun son aylarda ölkədə mübarizə apardığı təhlükəsizlik böhranı ilə əlaqədar olaraq istefa verdiyi bildirilir.

Sieba 2015-ci ildə seçkiləri qazanan Kaborenin tapşırığı ilə 2016-cı ilin yanvarında hökuməti qurmuşdu.

Qeyd edək ki, Burkina Faso 2015-ci ildən bəri terror hücumlarına məruz qalır. Rəsmi məlumatlara görə ölkədə terror səbəbindən 300-ə yaxın insan həyatını itirib.

Ölkənin 13 bölgəsindən 7-də yanvarın 1-dən etibarən fövqəladə vəziyyət elan edilib.