"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi – "Buta Airways” Türkiyənin kurort şəhəri Alanyaya xüsusi uçuşların sayını həftədə beş dəfəyə qədər artırır.
Bu barədə aviaşirkətdən bildirilib.
Məlumata görə, şənbə günləri həyata keçirilən reyslərdən əlavə, iyulun 4-dən bu istiqamət üzrə uçuşlar çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri də yerinə yetiriləcək.
Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – "Standart” və "Super”. Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.
Həmin uçuşlara biletləri daşıyıcının rəsmi saytından ("Super” və "Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super” tarifi üzrə) əldə edə bilərsiniz.
Aviabiletlərin dəyəri 55 avrodan başlayır.
Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək.
Bakı-Alanya istiqaməti üzrə reysin sərnişinləri:
Alanya-Bakı istiqaməti üzrə reysin sərnişinləri:
- koronavirus (COVID-19) infeksiyasına dair PCR-testin neqativ nəticəsi barədə arayışa malik olmalıdırlar. Türkiyədə koronavirus (COVID-19) infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilib:
https://www.butaairways.az/az/covid/azerbaijan
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq sərnişinləri qarşılayan və yola salan vətəndaşlar aerovağzal binasına buraxılmayacaqlar.
Şərhlər