Maqazin 00:21 05.03.2015

Bütün dünyanın tanıdığı gözəl azərbaycanlılar - FOTOLAR

Biz İranın, Misirin və başqa ölkələrin gözəllərindən yazmışıq. Bizim gözəl kişi və qızlarımızda yazmaq vaxtı çatıb.

Bütün dünyada ən məşhur Azərbaycan köklərinə malik müğənniləri, modelləri, aktrisaları digər sənət sahiblərini təqdim edirik.

Sami Yusif - Britaniya müğənnisi, bəstəkar, instrumentalçı, islam dini mahnılarının ifaçısı. 1980-ci il iyul ayında Tehranda doğulub. Onun valideynləri azərbaycanlılardır. Sami Yusif albomların satılmasına və YouTube-da kliplərə baxışların sayına görə dünyada ikinci müğənni olub.

Rüstəm Cəbrailov - aktyor və modeldir. 1986-cı il iyunun 8-də Luqansk şəhərində Azərbaycanlı ailəsində doğulub. "The Best Model Of Azerbaijan 2006" müsabiqəsinin qalibidir.

Rober Osseyn - fransız teatr və kino aktyoru, rejissor, prodüser, "Marini" (Paris) teatrının bədii rəhbəri. 30 dekabr 1927-ci il Parisdə doğulub.

Paniz Yusefzade - Azərbaycan əsilli kanada modeli, Miss Universe Canada 2010 müsabiqəsinin finalçısı. Tehranda doğulub, 10 yaşında ailəsiylə Vankuverə köçüb.

Baxare Kian Afşar - İran aktrisası.

Sara Şahi - amerika aktrisası və fotomodeli. Atası İran azərbaycanlısıdır, anası ispan əsillidir. Andrea Kerimli (Mantea) Azərbaycan mənşəli rumun fotomodeli.

Nesrin Cavadzadə azərbaycanlıdır, Türkiyədə məşhur aktrisadır. 11 yaşında Türkiyəyə köçüb və indi türk kinematoqrafında işləyir.

Byanka Balti məşhur italyan modelidir. Dünya podiumlarının ulduzunun atası italiyalıdır, anası əslən Azərbaycandandır.

Aylar Dianati Li norveç aktrisa və fotomodelidir. Milliyyəti İran azərbaycanlısıdır.//ansprees






















Qaynar.info