Bütün dünya “Messenger”də oyun oynaya biləcək

Bütün dünya “Messenger”də oyun oynaya biləcək

"Facebook" bütün dünya üzrə "Messenger" xidmətində onlayn oyunlar üçün "Instant Games"i işə salıb.

"Qaynarinfo.Az" lent.az-a istinadən xəbər verir ki, hazırda "Pokemon"dan başlayaraq "8 Ball Pool" kimi siyahıya 50-yə yaxın oyun daxildir. Bu barədə "Facebook Newsroom" rəsmi bloqu yazır.

Əlavə olaraq, "Facebook" tərtibatşşılara oyunların səviyyəsi və mükafatlar barədə danışmaq üçün oyun botları yaratmağa imkan verib.

"Instant Games" - istifadəçilər üçün çatda cavab gözləyən zaman messencerdən çıxmamağa və ya çata başlamağa səbəb və imkan verəcək bir məşğuliyyət olacaq. Şəbəkənin məlumatına görə, son 90 gün ərzində istifadəçilər "Messenger"də 1,5 milyon dəfə oyun oynamaq imkanı əldə ediblər.

Hələlik xidmətdə bütün oyunlar pulsuzdur. Şirkətin fikrincə, oyun şəbəkəsinin inkişafı orada inkişaf etməlidir ki, orada istifadəçilər daha çox vaxt keçirirlər. Yəni, "Messenger"də...

Qaynar.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR