Sənət 18:02 13.07.2016

“Buzlar diyarı”nın məşhur qəhrəmanları ilə selfi imkanı - FOTO+VİDEO

Azərbaycan, Rusiya və Gürcüstan sənətçilərinin müştərək layihəsi çərçivəsində hazırlanan  “Buzlar diyarı” tamaşasının premyera tarixi müəyyənləşib.

"Qaynarinfo.Az"-ın verdiyi xəbərə görə, Hans Kristian Andersenin nağılları əsasında hazırlanan tamaşa oktyabr ayının 22-sində Akademik Opera və Balet Teatrının binasında Azərbaycan tamaşaçılarına təqdim olunacaq.

Azərbaycan və rus dillərində nümayiş olunacaq tamaşanın biletləri artıq şəhərin bütün kassalarında və "Asan xidmət" mərkəzlərində satışdadır. Biletləri yayda alanlara Elza, Anna, Kristoff, Şahzadə, Maral Sven, Qar adamı Olaff kimi sevimli qəhrəmanlarla selfi hədiyyə olunacaq.

Qaynarinfo.Az