Video 13:06 06.04.2020

Böyük Britaniyada koronavirus iddiaları səbəbindən 5G stansiyaları yandırıldı

Böyük Britaniyada 5G stanasiyalarının koronavirus yaydığına dair sosial şəbəkələrdə şayiələr yayıldıqdan sonra ölkədə 2 stansiya yandırılıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, sözügeən anlar həvəkar kamera ilə çəkilib. Yanğını kimlərin törətdiyi məlum deyil.

Hökumət rəsmiləri isə şayiələri qətiyyətlə rədd edib və bunu həqiqətə uyğun olmadığını bildiriblər.

"Bu sadəcə sərsəmləmədir və həm də təhlükəli sərsəmləmədir", - deyə nazir Maykl Qov qeyd edib.
 
Camal