Maqazin 17:04 03.10.2014

Cahangir Əsgərovun qızı və ispan kürəkəni - FOTOLAR

“AZAL”ın prezidenti Cahangir Əsgərovun qızı və kürəkəni dünən paytaxt restoranlarından birinin açılışında iştirak ediblər. 

“Qafqazinfo” xəbər verir ki, paytaxt elitasının qatıldığı möhtəşəm açılış mərasiminə Cahangir Əsgərovun qızı ispan həyat yoldaşı ilə birgə qatılıb. 

Qeyd edək ki, Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərovun Cəmilə və Mila adlı iki qızı var. Onların hər ikisi Londonda yaşayır və Gazelli kosmetika şirkətinin Londonda yerləşən baş ofisində çalışırlar. Şirkətin Azərbaycan üzrə işlərini isə Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva reallaşdırır.

Cəmilə Əsgərova Gazelli Azerbaijan kosmetika şirkətinin təsisçisi və kreativ direktorudur. Onun ispan əsilli həyat yoldaşı Ignazio Coraci isə Azərbaycan Hava Yolları UK Limited şirkətinin katibidir. O, 2008-ci ildən etibarən burada çalışır. Cütlüyün Amadeo adlı oğlu var.

Qaynar.info