Sənət 18:06 13.07.2019

Canəli Əkbərovdan xəbər var

Xalq artisti Canəli Əkbərov xəstəxanadan evə buraxılıb.

Qaynarinfo Yenicag.az-a istinadən xəbər verir ki, bu barədə xanəndənin qızı açıqlama verib.

O, atasının müalicəsinin ev şəraitində davam etdirildiyini bildirib:

"Atamı xəstəxanadan evə gətirdik. Orda çox darıxırdı. Hazırda ev şəraitində müalicə alır. Həkim nəzarətindədir. Səhhətində irəliləyişlər var, yaxşıdır. Hər kəs onun səhhəti ilə maraqlanır, sağ olsunlar. Xəstəliyi ilə əlaqədar, ona həyəcanlanmaq olmaz, buna görə də atama zəng edən insanlara biz cavab veririk. Atamın müalicəsində bizə dəstək göstərdiyi üçün ölkə başçımıza və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk”.