Foto 14:07 21.12.2018

Canlı yayımda qadın müxbirin telefonu oğurlandı (VİDEO)

Mərkəzi Amerika ölkəsi Hondurasın paytaxtı Tequsiqalpada Fani Fuentes adlı qadın müxbirin canlı yayım zamanı telefonu oğurlanıb.

Qaynarinfo xəbər verir ki, canlı yayımda polislərlə birlikdə oğruların arxasınca düşən qadın müxbirin onların qovduğu anlar kameraya düşüb.

Kameradan görünür ki, canlı yayım zamanı Fani Fuentesə yaxınlaşan iki nəfər onun cibindən telefonunu götürür. Telefonun oğurlandığını anlayan müxbir əvvəl oğruların dalınca qaçır, sonra polisdən yardım istəyir. Oğrular polisdən qaçarkən təsadüfən girdikləri küçədə başqa polis əməkdaşları tərəfindən yaxalanır.