İdman 16:30 09.04.2019

Cəbrayıl Həsənov 3-cü dəfə Avropa çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov (79 kq) 3-cü dəfə Avropa çempionu olub.

Qaynarinfo xəbər verir ki, onun rəqibi Əhməd Hacıməhəmmədov yarımfinalda ayağından zədələndiyi üçün final görüşünə çıxa bilməyib və Həsənov çempion elan edilib.

Qeyd edək ki, Cəbrayıl Həsənov Olimpiya və Avropa Oyunlarının mükafatçısı, Avropa Çempionudur.