Bir partlayış nəticəsində yaranan və yanğını illərdir sönməyən Türkmənistandakı Darvaza kraterini çoxları "cəhənnəmin dünyadakı qapısı" adlandırırlar.

Qaynarinfo xəbər verir ki, geoloqların qaz axtarışı zamanı yaranan krater 1971-ci ildən aktiv vəziyyətdədir və illərdir turistlər üçün vazkeçilməz bölgələrdən birinə çevirilib. 

69 metr enində və 30 metr dərinliyindəki kraterin alovu gecələr belə yerləşdiyi səhranı aydınladır.

Kraterin qaynağı dəqiq bilinmir. Amma 1970-ci ildə SSRİ geoloqlarının qaz axtarışları zamanı əmələ gəldiyi bildirilir. Geoloqlar çuxurdan zəhərli qazın sızaraq fəlakətə səbəb olduğundan çəkindikləri üçün onu yandıraraq sönməsini gözləyiblər. Amma krater 48 ildir sönmür.