Sənət 21:23 21.08.2014

Ceki Çan: "Oğluma görə utanıram"

Məşhur kino ulduz Ceki Çan ötən günlərdə narkotik maddədən istifadə etdiyinə görə saxlanılan oğlu barədə danışıb. 

Ans press-in məlumatına görə, aktyor oğlu Ceysi Çan barədə yayılan xəbərdən sonra yaranan qalmaqala görə ictimaiyyət içində üzr istəyib. 

Çox utandırıcı bir hal olduğunu deyən sənətçi bunları bildirib: "Oğlum Ceysinin etdiyindən sonra mən şoka düşmüşəm və əsəbiyəm. Hər zaman göz qabağında olan insan kimi, mən utanıram. Amma bir ata kimi ürəyim ağrıyır"- yazaraq aktyor sosial şəbəkə vasitəsi ilə fikirlərini çatdırıb. 

Bundan əlavə olaraq o bildirib ki, oğlu etdiyi hərəkətə görə cavab verməlidir. 

Xatırladaq ki, Ceki Çanın oğlu Pekində həbs edilib. Onun evindən küllü miqdarda marixuana aşkar edilib.

Qaynar.info