Siyasət 09:37 27.09.2020

Cəlal Arutyunyan: "Azərbaycan Ordusu bütün cəbhə boyu irəliləyir"

"Azərbaycan Ordusu bütün cəbhə boyu irəliləyir".

Modern.az Ermənistan mediasına istinadla bildirir ki, bunu işğal olunmuş Azərbaycan ərazilərindəki separatçı rejimin "müdafiə naziri" Cəlal Arutyunyan deyib. 

O bildirib ki, 2016-cı ilin aprelindən sonra ilk dəfə Azərbaycan Ordusu bütün istiqamətlərdə erməni mövqelərini susdurmaqdadır.

Arutyunyan erməni tərəfinin itkiləri barədə məlumat verməkdən yayınıb.