Ölkə 12:04 17.02.2016

Cəlilabadda ərzaq yarmarkası keçirildi - FOTOLAR

Dünən Cəlilabad şəhər Heydər Əliyev Seyrangahının qarşısında süni qiymət artımının qarşısının alınması məqsədi ilə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib.

Qaynar.info xəbər verir ki, yarmarkada fermerlər tərəfindən 45 tondan çox müxtəlif növ yerli ərzaq və kənd təsərrüfatı məhsulları çıxarılıb. Satışa çıxarılan un, çörək, düyü, şirniyyat, meyvə, kartof, soğan, pomidor, xiyar, tərəvəz, süd məhsulları, yumurta, balıq, cücə, ət, arıçılıq məhsulları və s. məhsullar bazar qiymətlərindən 25-35% aşağı satılıb.

Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və aparatının məsul işçiləri satış yarmarkasına gələrək satılan məhsulların keyfiyyəti, qiyməti ilə maraqlanıb və alış-verişin vəziyəti ilə tanış olublar. 

Ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkası mütamadi olaraq davam etdiriləcək.

Qaynar.info