Ölkə 17:24 06.02.2018

Cəlilabadın yeni icra başçısı hansı vəzifədə çalışıb?

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Cəlilabad Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib. 

Prezidentin sərəncamına əsasən, bu vəzifəni bundan sonra Namiq Rəsul oğlu Zeynalov tutacaq.

Qaynarinfo xəbər verir ki, Namiq Zeynalov indiyədək Əmlak Məsələləri Dövlət Komitəsində çalışıb. Belə ki, o, komitə yanında fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini olub.