Maqazin 20:28 07.03.2019

Cem Yılmaz illik gəlirini açıqladı

Yumor ustası Cem Yılmaz illik qazancını açıqlayıb.

"Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, tədbirlərin birinə qatılan aktyor yaxşı performans göstərmədiyi "stand-up”larının pulunu geri qaytardığını deyib:

"Yaxşı çıxış etmərəmsə, pulu qaytarıram. Amma indi hər şey yaxşıdır. Əvvəl ildə 500 min dollar qazanırdım. İndi isə 1 və ya 2 milyon dollar gəlirim var”.