Maqazin 16:39 18.07.2017

Cem Yılmaz izləyiciləri ilə vidalaşdı (FOTO)

Məşhur komediya ustası Cem Yılmaz sosial şəbəkə hesablarında bundan sonra heç bir paylaşım etməyəcəyini açıqlayıb.

"Qaynarinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor 12,8 milyon izləyicisi olan "Twitter" hesabında paylaşımlarına yazılan şərhlərinə görə narahat olduğunu bildirərək sosial şəbəkələrdən imtina edib:

"Twitter ve Instagram hesablarımda izləyicilərin yazdığı şərhlərə görə böyük narahatlıq keçirdiyim üçün paylaşım etməkdən imtina edirəm. Bunu hər kəsə də məsləhət görürəm".

Qeyd edək ki, Cem Yılmazdan dərhal sonra "Fi" serialının baş rol ifaçısı aktyor Ozan Güven də bu addımı atıb.

Qaynarinfo.Az