Dünya 19:19 21.10.2018

Cənazə evində 63 uşaq cəsədinin qalıqları tapıldı

ABŞ-ın Miçiqan ştatının Detroyt şəhərində yerləşən "Perry" cənazə evində 63 uşağa məxsus cəsəd qalıqları aşkarlanıb.

Qaynarinfo xəbər verir ki, gizlədilən qutularda 36, dondurucularda isə 27 körpənin qalıqları tapılıb. Polis ötən həftə "Cantrell" cənazə evində axtarış aparmış tavan arasındakı zibil paketlərində 11 körpənin qalıqları tapılmışdı.

Qeyd edək ki, "Cantrell" aprel ayında vergi və sənəd problemləri ilə əlaqədar fəaliyyətini dayandırıb.

Gülşən