Siyasət 13:45 26.10.2020

Cenevrə görüşünün nəticə verəcəyinə inanmıram - Politoloq

"Cenevrə görüşü həlledici olmayacaq”.


BunuQaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Cenevrə görüşü də Moskva və Vaşinqton görüşündən fərqlənməyəcək:

 



"Göründüyü kimi, Moskva və Vaşinqton görüşü nəticə vermədi, Ermənistan atəşkəsə əməl etmək istəmir. Bizim də qəti mövqeyimiz var ki, ermənilər işğal altındakı Azərbaycan ərazilərini tərk etməlidir. Cenevrə görüşünün nəticə verəcəyinə inanmıram. Çünki Ermənistan o şərti yerinə yetirmək istəmir. Biz isə bu şərt yerinə yetirilmədən nə mənasız atəşkəsə, nə də danışıqlara qayıda bilərik”.


Elxan Şahinoğlu Azərbaycanın danışıqlardan imtina etmədyini də vurğulayıb, bununla belə:


"Amma danışıqların da bir nəticəsi olmalıdır. Prezident də çıxışında bildirib ki, biz boğaza yığılmışıq, mənasız danışıqlarda iştirak edə bilmərik”.


Bahar Rüstəmli