Maqazin 22:53 31.08.2019

Cenifer Lopes və sevgilisi məhkəməlik oldu

Məşhur müğənni Cenifer Lopes və keçmiş beyzbolçu sevgilisi Aleks Rodriqes məhkəməlik olublar. 

Qaynarinfo xəbər verir ki, buna səbəb onların əyləşdiyi maşının ABŞ sakinini vurması olub.

Həmin şəxs buna görə, cütlüyü məhkəmə verərək maddi təzminat tələb edib. Zərərçəkən bildirib ki, onlar salonda əyləşsələr də, sürücüyə vurduğu şəxsə yardım göstərməyi deməyiblər.