Video 13:23 14.07.2019

Cenifer Lopezin konsertində tamaşaçılar təxliyyə olundu (VİDEO)

Amerikalı müğənni Cennifer Lopezin Nyu-Yorkun "Madison Square Garden" idman kompleksində keçirilən konserti yarımçıq qalıb.

Qaynarinfo xəbər verir ki, buna səbəb elektrik enerjisinin kəsilməsi olub. İşıqlar söndüyündən tamaşaçılar təxliyyə olunub.

İfaçı baş verən hadisə ilə bağlı təəssüfləndiyini bildirib.