Video 11:02 09.08.2018

"Cənnət"dən belə qaçdılar: ölü sayı 347-yə çatdı (VİDEO)

İndoneziyanın cənnəti hesab edilən Lombak adasında 7 bal gücündə baş vermiş zəlzələdə ölənlərin sayı 347 nəfərə çatıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Fövqəladə Hallar Agentliyinin sözçüsü Sutopo Nuqroho məlumat verib.

O, təbii fəlakət nəticəsində 1477 nəfərin yaralandığını, 156 min insanın isə təhlükəsiz bölgələrə təxliyə edildiyini açıqlayıb.

Lombakın qonşuluğundakı Gili adalarında insanların gəmilərlə təxliyə edilməsi anı kameralara düşüb.