Dünya 12:39 04.03.2020

Cənubi Koreya koronavirusla mübarizə üçün 10 milyard dollar ayıracaq

Cənubi Koreya hökuməti koronavirusun iqtisadiyyata təsirini minimuma endirmək, böyüməni sürətləndirmək, habelə hüquqi və fiziki şəxslərə yardım məqsədilə 11,7 trilyon vo (təxminən 9,91 milyard dollar) ayırmaq niyyətindədir.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ümumi məbləğin 2,3 trilyon vonu əlavə tibbi avadanlıqlar, çarpayıların alınmasına və xəstələrin əlavə müalicə seçimlərinə xərclənəcək.

Təklifə martın 5-də parlamentdə baxılacaq.

Qeyd edək ki, Cənubi Koreyada koronavirusa yoluxanların sayı ötən gün 5328 nəfərə çatıb, 33  nəfər isə virus səbəbindən ölüb.
 
Camal