Sağlamlıq 12:06 22.10.2020

Cənubi Koreyada peyvənd olunan 13 nəfər öldü

Ölkənin Səhiyyə və Rifah nazirliyi Cənubi Koreyada qripə qarşı peyvənddən sonra azı 13 nəfərin öldüyünü açıqlayıb. Ölkə rəhbərliyi baş verənlərdən narahat olduğunu deyib və hərtərəfli araşdırma aparacağına söz verib.


Qaynarinfo xəbər verir ki, qurbanların hamısı bu yaxınlarda qripə qarşı peyvənd edilib.

 

İlk hadisə İnçonda qeydə alınıb, burada 17 yaşlı bir məktəbli peyvənd olunduqdan sonra ölüb. Bunun ardınca Seul, Gyeonggi və ölkənin digər bölgələrində oxşar hadisələr baş verib.

 

Qurbanların əksəriyyəti yaşlı insanlardır.


Həkimlər hələ də peyvənddə zəhərli maddə olmadığına inanırlar. Qurbanların anafilaktik şoku olmayıb. Səhiyyə işçiləri ümummilli peyvəndləməni dayandırmaq üçün bir səbəb görmürlər.

 

2009-cu ildən bu yana Cənubi Koreyada peyvənddən sonra 25 nəfər ölüb və yalnız bir ailəyə buna görə təzminat verilib.

 

Alpər