Dünya 11:17 13.09.2018

Cənubi Sudanda vətəndaş müharibəsi sona çatdı

Cənubi Sudanda vətəndaş müharibəsi sona çatıb.

Qaynarinfo xəbər verir ki, Efiopiyanın paytaxtı Addis Ababada bir araya gələn müxalif lider Riek Maçar və ölkə rəhbəri Salva Kiir Mayardit sülh razılaşmasını imzalayıb. İnkişaf üzrə Hökumətlərarası Təşkilatın iclasında baş tutan razılaşma barədə Efiopiya baş naziri Abiy Əhməd danışıb və sülh sazişinin problemlərin həllinə kifayət etmədiyini deyib, hər fikir ayrılığında silaha əl atmamağın vacibliyindən danışıb. BMT-nin Cənubi Sudan üzrə missiya rəhbəri Deyvid Şearer sülh sazişinə əməl etməyin çətinliyindən danışıb. 

Qeyd edək ki, 2011-ci ildə müstəqilliyini elan edən Cənubi Sudan prezidenti Kiir Mayardit 2013-cü ildə köməkçisi Riek Macharı dövlət çevrilişi ittihamı isə vəzifəsindən azad edib və ölkədə vətəndaş müharibəsinin əsası qoyulub. 2015-ci ildə razılaşma əldə edilsə də, növbəti il silahlı qarşıdurmalar yenidən başlayıb. İmzalanan atəşkəs qərarı isə bu ilin iyun ayında qəbul olunub. 

Gülşən