Bu ilin 21 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
XİN-in Mətbuat Xidməti idarəsindən Qaynarinfo-ya verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Bölgədə davamlı sülhün təmin olunması üçün Azərbaycan ərazilərinin işğalına son verilməsinin zəruri olduğu Nazirlər tərəfindən vurğulanıb.
Şərhlər